AMEA Dilçilik İnstitutu televiziya aparıcıları üçün treninq keçirib

AMEA Dilçilik İnstitutu televiziya aparıcıları üçün  treninq keçirib
# 01 iyun 2015 15:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu televiziya aparıcılarının nitqində müşahidə olunan çoxsaylı qüsurların aradan qaldırılması üçün treninq keçirib. APA-nın xəbərinə görə, treninqə ATV, İTV, Xəzər, Region TV, ANS, "Lider" və "Space" Telekanallarının aparıcıları cəlb edilib.
Treninq zamanı aparıcılara mətnlər oxudulub, konkret səhvlər üzərində müzakirələr aparılıb, səs, nəfəs məşqləri edilib, bədən dili elementlərindən istifadə və sair kimi bir çox vacib məsələlərə toxunulub. Təlimləri AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun mütəxəssisləri Qulu Məhərrəmli, Şahlar Məmmədli, Aytən Bəylərova, Sevinc Məmmədova və diksiya təlimçisi Cəlalə Nəzəroğlu aparıblar.

Treninqin yekun tədbirində çıxış edən Dilçilik İnstitunun direktoru Tofiq Hacıyev bildirib ki, dilin informativ, estetik,ideoloji, funksiyaları daha çox KİV-də özünü göstərir: "Bunun üçün aparıcılar öz üzərlərində daha çox işləməlidirlər”.

Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli deyib ki, iştirakçılara Azərbaycan dilinin ədəbi normaları, şifahi və yazılı nitq normaları, vurğu, ifadəli oxu və başqa mövzuların izahları verilib: "İki həftə davam edən treninqdə ATV, İTV, "Xəzər" "Region", ANS, "Lider" və "Space" telekanallarının aparıcı və diktorları iştirak edib.


Treninqin iştirakçısı olan aparıcılara sertifikat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR