Əfsanəvi braziliyalı futbolçu Pele əməliyyat olunub

Əfsanəvi braziliyalı futbolçu Pele əməliyyat olunub
# 08 may 2015 02:54 (UTC +04:00)

Bakı-APA. Əfsanəvi braziliyalı futbolçu Pele prostat vəzinin iltihabı səbəbindən əməliyyat olunub. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, 74 yaşlı Pele San Pauluda Albert Enşteyn klinikasında əməliyyat olunub.

Onun hələ ki xəstəxanada olduğu bildirilir. Həkimlər onun xəstəxanadan çıxacağı tarixi açıqlamır.

Qeyd edək ki, ötən ilin noyabrında Pele böyrəklərində və sidik kisəsində daşların çıxarılması ilə bağlı əməliyyat olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR