Qazaxda qətlə yetirilən qadının kimliyi məlum olub

Qazaxda qətlə yetirilən qadının kimliyi məlum olub
# 23 iyun 2016 19:15 (UTC +04:00)

Qazax. Azər Məmmədli – APA. Qazaxda qətlə yetirilən qadının kimliyi məlum olub.

Qazax rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə Qazax rayonun Xanlıqlar kəndi ərazisində tapılan meyitin Gürcüstan respublikası vətəndaşı 1997-ci il təvəllüdlü Elmira Tanrıverdiyevaya məxsus olduğu müəyyən edilib. Onun Qazax rayon sakini 1987-ci il təvəllüdlü Eldəniz Babayev tərəfindən qətlə yetirildiyi məlum olub.

E. Babayev Bakı şəhərində saxlanılıb.

Faktla bağlı Qazax rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR