Sabirabadda bir nəfərin ölümü, digərlərinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Sabirabadda bir nəfərin ölümü, digərlərinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
# 11 sentyabr 2015 10:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sabirabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 10-da saat 19 radələrində Sabirabad şəhərində rayon sakini Rasim Babayev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Mənsurə Babayevanı və Ayna Abdullayevanı vurub.

Nəticədə xəsarət alan sürücü və piyadalar xəstəxanaya yerləşdirilib. A. Abdullayeva orada ölüb, digərləri xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Baş Dövlət Yolis Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR