ABŞ-da güclü fırtına nəticəsində yük qatarı körpüdən aşıb

ABŞ-da güclü fırtına nəticəsində yük qatarı körpüdən aşıb
# 27 aprel 2015 20:09 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Elmvud şəhərində (Luiziana ştatı) güclü fırtına nəticəsində yük qatarının 11 vaqonu relsdən çıxaraq körpüdən aşıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində zərərçəkən olmayıb.

Luiziana ştatının Baton-Ruj şəhərində əsən güclü külək elektrik naqillərini qırıb, ağacları aşırıb, avtomobillərə ziyan vurub.

70 mindən çox insan elektrik enerjisiz qalıb. Şəhərin əksər küçə və prospektlərində nəqliyyatın hərəkəti çətinləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR