Bu il Ceyhan limanından 10 milyon tondan çox xam neft ixrac olunub

Bu il Ceyhan limanından 10 milyon tondan çox xam neft ixrac olunub
# 04 avqust 2015 07:51 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. SOCAR bu ilin iyul ayında Novorossiysk limanından 167 min 711 ton, Supsa limanından 84 min 736 ton, Ceyhan limanından isə 1 mln. 196 min 306 ton xam neft ixrac edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə yanvar-iyul ayları ərzində Novorossiysk limanından 845 min 757 ton, Supsa limanından 1 mln. 609 min 636 ton, Ceyhan limanından isə 10 mln. 400 min 254 ton xam neft ixrac edilib.

SOCAR tərəfindən ixrac olunan xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR