Bu ilin yanvar-iyul aylarında Azərbaycanda taksi xidmətlərindən 50 107,1 min sərnişin istifadə edib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə taksi ilə daşınan sərnişinlərin sayı 6,3% artıb.
Eyni zamanda, hesabat dövründə avtobuslarla daşınan sərnişinlərin sayı 1 102 698,9 min təşkil edib, bu da illik müqayisədə 9,7% artım deməkdir.