Türkiyənin tanınmış sənətçiləri Bakıda konsert verəcəklər - FOTO

Türkiyənin tanınmış sənətçiləri Bakıda konsert verəcəklər - <span style="color: red;">FOTO
# 16 aprel 2015 13:17 (UTC +04:00)

Bakı. Cavid Zeynallı-APA. Yunus Əmrə İnstitutu Türkiyə mədəniyyəti və sənətinin təbliği çərçivəsində yeni layihə həyata keçirəcək. APA-nın məlumatına görə, layihə “Səhnədəki Türkiyə” adlanır.

Layihənin təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında çıxış edən institutun direktor müavini Şaban Çobanoğlu bildirib ki, yeni layihə çərçivəsində Türkiyənin tanınmış sənətçiləri Burhan Öcal və Hüsnü Şənləndirici Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edəcəklər: “Bu layihə ilə Azərbaycan musiqi və sənət mühitini bir araya gətirmək niyyətindəyik. Yunus Əmrə İnstitutu 2009-cu ildə yaradılıb və 40 ölkədə fəaliyyət göstərir. İndiyədək dünyada 700-dək müxtəlif mövzulu tədbirlər keçirmişik”.

Layihənin rəhbəri Haşim Koç qeyd edib ki, layihənin məqsədi türk klassik və müasir sənətini müxtəlif ölkələrdə “Səhnədəki Türkiyə” loqosu altında təqdim etməkdir.

Qeyd edək ki, aprelin 21-də baş tutacaq konsert proqramından əvvəl Yunus Əmrə İnstitutunun fəaliyyəti ilə bağlı sərgi təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR