Ötən il Azərbaycanda 1168 şəxs yol qəzalarında ölüb

Ötən il Azərbaycanda 1168 şəxs yol qəzalarında ölüb
# 06 mart 2013 10:35 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetindən Milli Məclisə ötən ilin yekunları ilə bağlı təqdim olunan hesabatda qeyd olunub.

Hesabatda qeyd olunub ki, yol hərəkətinə nəzarət prosesində 2011-ci illə müqayisədə 14 faiz çox inzibati xəta, o cümlədən balla qiymətləndirilən 169.317 inzibati xəta müəyyən edilib, 1954 şəxsin sürücülük hüququ müxtəlif müddətlər məhdudlaşdırılıb, şüşələrinə pərdə və plyonka çəkilən 11.591 avtomobil, avtoxuliqanlığa görə, 503 nəfər aşkarlanaraq qanuna uyğun tədbirlər görülüb. Hesabat dövrünün ilkin qeydiyyatına 102.780 avtomobilin alınması və ölə üzrə nəqliyyat vasitələrinin ümumi sayının 1. 114. 036-ya yüksəlməsi fonunda - respublika ərazisində baş verən yol nəqliyyat hadisələrinin sayı 2892 fakt təşkil etməklə sabit qalıb. Qəzalarda ölənlərin sayı 15 faiz və ya 152 nəfər artıb, (1016-1168),yaralananların sayı 1 faiz, yaxud 34 nəfər (3031-2997) azalıb. Paytaxt ərazisində isə qəzaların və ölənlərin sayında azalma qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR