Bakı metrosu I Avropa Oyunları üçün könüllüləri əməkdaşlığa dəvət edir

Bakı metrosu I Avropa Oyunları üçün könüllüləri əməkdaşlığa dəvət edir
# 07 aprel 2015 07:45 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Bakı Metropoliteni” QSC I Avropa Oyunları zamanı könüllü bələdçi olmaq istəyənləri əməkdaşlığa dəvət edir.

“Bakı Metropoliteni” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, könüllülərin işi metronun loqotipi olan xüsusi geyimdə metro stansiyalarında insanlara bələdçi olmaqdan ibarət olacaq.

Könüllü ingilis dilində sərbəst danışmağı bacarmalı, həmçinin Azərbaycanın tarixi haqqında məlumatlı olmalıdır. Digər xarici dilləri bilmək təqdirəlayiqdir.

İş rejimi, iyunun 12-dən 28-i tarixinədək olmaqla hər gün 6-7 saat təşkil edir.

Könüllü olmaq istəyənlər müvafiq anketi (https://www.dropbox.com/s/nj6y0bhp8pdjona/anketa_volonter_ru.docx?dl=0) doldurub, 27 aprel 2015-ci il tarixinə kimi, [email protected] ünvanına göndərə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR