İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması neftin 20 dollar ucuzlaşmasına səbəb ola bilər

İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması neftin 20 dollar ucuzlaşmasına səbəb ola bilər
# 04 aprel 2015 08:38 (UTC +04:00)

APA-Economics” RBK-ya istinadən xəbər verir ki, sanksiyaların aradan qaldırılmasının perspektivi barədə xəbər aprelin 2-də dünya birjalarında qısa müddətlik neftin 4% ucuzlaşmasına səbəb olub.

“Əgər nəzərdə tutulan razılıq yekunda qüvvəyə minərsə, növbəti aylarda neft bazarında volatillik müşahidə oluna bilər. Belə olan təqdirdə qiymətlər 10, hətta 20 dollar ucuzlaşa bilər”, - deyə “Capital Economics” şirkətinin analitiki Tomas Pyu bildirib.

Eyni zamanda, “Bloomberg” agentliyi yazır ki, İran neftinin dünya bazarlarına dönüşü “qara qızıl”ın qiymətini 1 barelə görə 10 dollar azalda bilər.

Agentliyin keçirdiyi sorğuya cavab olaraq bəzi ekspertlər bildirib ki, yaxın zamanda neftin qiyməti istənilən halda azalacaq. Proqnozların əksəriyyəti 40 dollar üzərində cəmləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR