Türkiyədə avtomobil ilə mikroavtobusun toqquşması nəticəsində 8 nəfər xəsarət alıb

Türkiyədə avtomobil ilə mikroavtobusun toqquşması nəticəsində 8 nəfər xəsarət alıb
# 13 iyun 2016 20:53 (UTC +04:00)

Bakı-APA. Türkiyədə ağır yol qazası baş verib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Əskişəhərdə avtomobil ilə mikroavtobusun toqquşması nəticəsində 8 nəfər xəsarət alıb.

Toqquşmadan sonra mikroavtobus yaxınlıqdakı tikiliyə çırpılıb. Qəzada hər iki sürücü, və mikroavtobusda olan 6 nəfər xəsarət alıb.

Yaralılar hadisə yerinə gələn təcili yardım maşınları ilə şəhər xəstəxanasına aparılıblar. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR