SOCAR yaxın 2-3 ildə Rumıniya iqtisadiyyatına 50 mln. avro investisiya yatıracaq

SOCAR yaxın 2-3 ildə Rumıniya iqtisadiyyatına 50 mln. avro investisiya yatıracaq
# 29 iyun 2015 10:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yaxın 2-3 il ərzində Rumıniyada yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsini genişləndirmək üçün 50 mln. avro investisiya yatıracaq.

"APA-Economics"in məlumata görə, bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.

Onun sözlərinə görə, SOCAR indiyədək Rumıniya iqtisadiyyatına 50 mln. avro yatırıb: "Hazırda SOCAR brendi altına Rumıniyada 32 ədəd YDM fəaliyyət göstərir. Bu ilin sonuna qədər Rumıniyada daha 3-4 YDM açacağıq. Gələn il ərzində isə daha 10 ədəd YDM-in açılması nəzərdə tutulur. Bu tendensiyanı 3-4 il müddətində davam etdirəcəyik. Bununla da, hər il ümumilikdə 10 YDM fəaliyyətə başlayacaq".

SOCAR rəsmisi qeyd edib ki, şirkət yerli bazarda böyük oyunçuya çevrilmək niyyətində deyil, ancaq YDM şaxələndirməsini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR