Narkotik alverində təqsirləndirilən şəxsə hökm oxunub

Narkotik alverində təqsirləndirilən şəxsə hökm oxunub
# 09 iyul 2015 11:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu Gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Əli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən Ə. Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə. Əliyev polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitə satmaq istəyən zaman saxlanılıb.

O, Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələr əldə etmə, saxlama, satma, daşıma) maddəsinə əsasən ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR