Bank Of Baku

Azərbaycan kimya sənayesi məhsullarının ixracını 14%-ə qədər azaldıb

 Azərbaycan kimya sənayesi məhsullarının ixracını 14%-ə qədər azaldıb
# 17 may 2018 13:48 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 18 mln. 390,48 min dollar dəyərində 38 041,85 ton kimya sənayesi məhsulları ixrac edib.

 

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

 

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 4 ayı ilə müqayisədə 6 098,62 ton və ya 13,82% azdır. Məbləğ baxımından isə illik nisbətdə 3 mln. 956,16 min dollar və ya 27,41% çoxdur.

 

Qeyd edək ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrə 14 mln. 434,32 min dollar dəyərində 44 140,47 ton kimya sənayesi məhsulları ixrac edilib.

 

Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında kimya sənayesi məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 0,33%-ni təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR