Bakıda “Şuşaya azadlıq” kampaniyasının xarici tərəfdaşlarının toplantısı keçirilib - FOTO

Bakıda “Şuşaya azadlıq” kampaniyasının xarici tərəfdaşlarının toplantısı keçirilib - <span style="color: red;">FOTO
# 04 may 2015 09:23 (UTC +04:00)

APA-nın məlumatına görə, kampaniyanın xarici tərəfdaşları ilə keçirilən görüşdə çıxış edən Şuranın sədri Azay Quliyev Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından danışıb. A. Quliyev qeyd edib ki, Ermənistanın Şuşa da daxil olmaqla, çoxsaylı Azərbaycan şəhərlərini işğal etməsi nəticəsində ölkəyə həm də böyük maddi və mənəvi ziyan dəyib, mədəni, tarixi abidələr dağıdılıb. Onun sözlərinə görə, layihənin məqsədi işğala məruz qalan, tarixi abidələri dağıdılan qədim Azərbaycan şəhəri Şuşanın zəngin mədəni irsinin təbliği və beynəlxalq ictimaiyyətə çatdırılmasından ibarətdir: “Eyni zamanda ədalətin bərpası üçün xarici ölkələrin qeyri-hökumət təşkilatlarını, mədəniyyət xadimlərini media nümayəndələrini və digər əcnəbi vətəndaşları silsilə fəaliyyətə və təbliğat işlərinə cəlb etmək başlıca məqsədimizdir. Bu baxımdan hesab edirəm ki, beynəlxalq təşkilatlar, xarici ölkələrin vətəndaş cəmiyyəti institutları Qafqazın mədəniyyət mərkəzi olan Şuşaya qarşı törədilən bu vandalizmə biganə qalmamalıdırlar”.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov da çıxışında Qarabağ münaqişəsinə toxunaraq, dünyanın aparıcı ölkələrinin bu problemə ikili yanaşmasından təəssüfləndiyi qeyd edib.

Tədbirdə iştirak edən müxtəlif ölkələrin QHT rəhbərləri “Şuşaya azadlıq” kampaniyası ilə bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, görüşdə 19 xarici ölkənin QHT rəhbərləri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR