Bərdədə ağaca çırpılan maşının sürücüsü ölüb - VİDEO

Bərdədə ağaca çırpılan maşının sürücüsü ölüb - <span style="color: red;">VİDEO
# 30 oktyabr 2014 09:16 (UTC +04:00)

Bərdə. Teymur Zahidoğlu - APA. Bərdədə baş verən yol qəzasında bir nəfər həyatını itirib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Mirzalıbəyli kəndində qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən "VAZ-21010" markalı avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb və yol kənarındakı ağaca çırpılıb.

Sürücü, 32 yaşlı Ehtiram Cəfərov hadisə yerindəcə keçinib. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR