ABŞ Milli Təhlükəsizlik Agentliyi Almaniya hökumətini 1990-cı illərdən izləməyə başlayıb

ABŞ Milli Təhlükəsizlik Agentliyi Almaniya hökumətini 1990-cı illərdən izləməyə başlayıb
# 02 iyul 2015 03:40 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın WDR və MDR radiostansiyaları, həmçinin Süddeutsche Zeitung nəşri “Wikileaks” təşkilatına istinadla məlumat yayıblar.

Məlumata görə, ABŞ MTA-nın 2010-2012 –ci il tarixli siyahılarında Almaniya Maliyyə Nazirliyinin telefon və faks nömrələri yer alıb.

“İzləmə ən geci 1990-cı illərdən aparılıb”, deyə “Süddeutsche Zeitung” nəşri “Wikileaks”-ə istinadən bildirib. Nəşrin məlumatına görə, ABŞ xüsusi xidmət orqanları 1999-cu ildə Almaniyanın sabiq maliyyə naziri Oskar Lafontenin telefonunu dinləyib. Maraqlısı odur ki, qeyd olunan telefon nömrəsi indiyədək aktivdir. Hazırda bu nömrə ilə indiki maliyyə naziri Volfqanq Şoyblenin katibliyi ilə əlaqə saxlamaq mümkündür.

Məlumata görə, MTA-nı ilk növbədə Almaniyanın iqtisadi və valyuta siyasəti maraqlandırıb.

Almaniya hökuməti yayılan məlumatlara hələlik heç bir şərh verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR