Manat əksər ticarət tərəfdaşlarımızın milli valyutasına qarşı zəifləyib

Manat əksər ticarət tərəfdaşlarımızın milli valyutasına qarşı zəifləyib
# 22 iyul 2016 07:31 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi iyul ayının 20-si ilə müqayisədə 0,2% artaraq 1,5724 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,2% möhkəmlənərək 1,7345 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,4% ucuzlaşaraq 0,0245 manat səviyyəsinə enib.

Türkiyə lirəsi də manata nisbətən ucuzlaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,6% artaraq 0,5124 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,08 manatdır. Beləliklə, funt sterlinq də 0,15%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi isə 0,1% zəifləyərək 0,6685 manata yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR