Bakı - APA-Economics. Rusiya Bankının (Mərkəzi Bank - red.) üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar neftin kəskin ucuzlaşması dövründəki çətinliklərin öhdəsindən gəlməyə yardım etsə də, ölkə iqtisadiyyatının böhrandan çıxmasına mane olur.
"APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Standard & Poors`s" (S&P) beynəlxalq reytinq agentliyinin analitiki Karen Vartapetov deyib.
"İqtisadiyyatın aşağı neft qiymətlərinə adaptasiya olunmasına yardım edən sistem hələ də artıma səbəb ola bilmir", - deyə analitik qeyd edib.
"Bloomberg" isə qeyd edir ki, rubl amortizasiya funksiyasını yerinə yetirə bilmir.
Cari ilin yanvar-aprel ayları ərzində Rusiya şirkətlərinin məcmu gəlirliliyi 8,3% azalıb. Halbuki, 2015-ci ildə bu göstərici 53% artmışdı.