Son 10 ildə Azərbaycanda qeyri-neft sektorunda inkişaf dinamikası ÜDM-in artım tempini təxminən 3 dəfə üstələyib - FOTO

Son 10 ildə Azərbaycanda qeyri-neft sektorunda inkişaf dinamikası ÜDM-in artım tempini təxminən 3 dəfə üstələyib - <span style="color: red;">FOTO
# 23 aprel 2013 08:14 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda keçirilən «Heydər Əliyev və Azərbaycanın sosial-iqtisadi inkişafı» konfransında çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.


Ölkənin iqtisadi inkişafından danışan nazir bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75%-ni təşkil edir: «Hazırda ölkənin xarici dövlət borcu ÜDM-in 7,5%-ni təşkil edir. Strateji valyuta ehtiyatları isə ÜDM-in 70%-nə bərabərdir».


Ş.Mustafayev həmçinin qeyd edib ki, son 5 ildə Azərbaycana yatırılan investisiyaların böyük hissəsi iqtisadiyyatın qeyri-neft sektoruna yatırılıb, ölkə iqtisadiyyatına qoyulan yerli investisiyaların həcmi xarici kapital qoyuluşunu üstələyib.


Son illər ərzində Azərbaycanda istifadəyə verilən yeni sənaye müəssisələrinə toxunan nazir əlavə edib ki, son bir ildə ölkədə 100 sənaye müəssisəsi istifadəyə verilib, 90 müəssisənin tikintisi isə hazırda davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR