Bakı sakinindən külli miqdarda narkotik vasitə götürülüb

Bakı sakinindən külli miqdarda narkotik vasitə götürülüb
# 26 iyul 2014 09:09 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Maştağa sakinindən külli miqdarda narkotik vasitə götürülüb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Maştağa qəsəbəsi Xanlar küçəsində yaşayan 1961-ci il təvəllüdlü Ağahüseyn Ağamovun həyətyanı sahəsindən ümumi çəkisi 28 kiloqram 300 qram olan 201 ədəd çətənə kolu və 960 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR