Yanvarda Azərbaycanın magistral kəmərləri ilə neft və qazın nəqli azalıb

Yanvarda Azərbaycanın magistral kəmərləri ilə neft və qazın nəqli azalıb
# 25 fevral 2013 11:46 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 3,6 mln. ton neft nəql edilib ki, bu da əvvəlki ilin analoji dövrünə nisbətən 10% azdır.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin ¾ hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar ayı ərzində bu kəmər vasitəsilə 2,8 mln. ton və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 9,8% az neft ötürülüb. Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 196,4 min ton tranzit Türkmənistan nefti nəql edilib ki, bu da 2012-ci ilin eyni ayına nisbətən 38,3% azdır.

Magistral qaz kəmərləri ilə isə yanvarda 2 mlrd. kubmetr və ya 4,9% az qaz nəql edilib. Nəql edilmiş qazın 18,4%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə yanvarda 0,4 mlrd. kubmetr qaz ötürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR