“Qarabağ” klubların reytinq siyahısında geriləyib

“Qarabağ” klubların reytinq siyahısında geriləyib
# 06 iyun 2016 13:13 (UTC +04:00)

Bakı – APA. Avropa klublarının yeni reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, mövsümün son ayındakı nəticələri də əlavə olunduqdan sonra Avropa ölkələrindəki 708 komandanın tutduğu yer müəyyənləşib.

Cədvəldə Topaz Premyer Liqasının geridə qalan mövsümündə iştirak edən 10 komandanın da adı var. Ölkə çempionu “Qarabağ”da bu dəfə geriləmə müşahidə olunub. Mövsümü “qızıl dubl”la tamamlayan Ağdam təmsilçisi mayda 9 komandanı özündən irəli buraxıb.

“Qarabağ”la yanaşı, “İnter”, AZAL, “Zirə”, “Kəpəz” və “Xəzər Lənkəran” da geriləyiblər.

Klublarımızdan yalnız 4-ü reytinqdə irəliləyib. “Qəbələ” və “Neftçi” aktivinə əlavə 41, “Sumqayıt” isə 51 xal yazdırıb. “Gənclik şəhəri” təmsilçisi bunun sayəsində 21 komandanı qabaqlayıb. “Rəvan” isə 2 pillə irəliləyib.

Topaz Premyer Liqasındakı klublar:

209 (200) “Qarabağ” – 1920 xal (-32)

296 (294) “İnter” – 1622 (-1)

330 (339) “Qəbələ” – 1549 (+41)

366 (376) “Neftçi” – 1447 (+41)

401 (390) AZAL – 1322 (-36)

410 (399) “Zirə” – 1303 (-29)

422 (419) “Kəpəz” – 1256 (-14)

428 (449) “Sumqayıt” – 1233 (+51)

511 (495) “Xəzər Lənkəran” – 1020 (-40)

527 (529) “Rəvan” – 972 (+17)

Siyahıya yenə “Barselona” başçılıq edir. Kataloniyalılar xal ehtiyatlarını artıraraq, zirvədəki yerlərini qoruyublar. Əvvəlki aylarda olduğu kimi, “Real” və “Bavariya” yenə ilk “üçlüy”ün növbəti yerlərində qərarlaşıblar.

Ümumiyyətlə, ilk “onluq”dakı komandaların heç biri buranı tərk etməyib. Yalnız PSJ ilə “Yuventus” yerlərini dəyişiblər. Ötən ayda 5-ci yeri “qoca sinyora”ya təhvil verən parislilər mövqelərini geri qaytarıblar. “Arsenal”la “Benfika” isə eyni xalla 9-10-cu pillələri bölüşdürüblər.

İlk “onluq”:

1. “Barselona” (İspaniya) – 4430 xal

2. “Real” (İspaniya) – 4402

3. “Bavariya” (Almaniya) – 4081

4. “Atletiko” (İspaniya) – 3976

5. PSJ (Fransa) – 3798

6. “Yuventus” (İtaliya) – 3764

7. “Borussiya” (Dortmund, Almaniya) – 3504

8. “Mançester Siti” (İngiltərə) – 3380

9-10. “Arsenal” (İngiltərə) – 3336

9-10. “Benfika” (Portuqaliya) - 3336

Türkiyə klublarından ən yaxşı göstəriciyə malik olan “Fənərbaxça” (2798) 8 pillə geriləyərək, 43-cü yerə enib. “Beşiktaş” 52-ci (2656 xal) yerdəki mövqeyini qoruyubsa, “Qalatasaray” 4 komandanı geridə qoyaraq 75-ci (2470) yerə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR