Azərbaycanda fəaliyyət göstərən xarici diplomatların qeydiyyat vəsiqələrinin nümunələri təsdiqlənib

Azərbaycanda fəaliyyət göstərən xarici diplomatların qeydiyyat vəsiqələrinin nümunələri təsdiqlənib
# 18 iyul 2014 07:55 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanın baş naziri Artur Rasizadə diplomatlarla bağlı qərar verib.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, yeni qərara əsasən xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, həmçinin Azərbaycana diplomatik missiya ilə və ya Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin (səfərlərinin məqsədindən və ya mənsub olduqları heyətdən asılı olaraq) qeydiyyata alınması haqqında vəsiqələrin nümunələri təsdiq edilib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR