Nazir: “Azərbaycanda dövlət məktəbləri ilə özəl məktəblər arasında müəyyən bir natarazlıq və bazarda boşluq var”

Nazir: “Azərbaycanda dövlət məktəbləri ilə özəl məktəblər arasında müəyyən bir natarazlıq və bazarda boşluq var”
# 06 may 2015 14:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Bu gün Azərbaycanda dövlət məktəbləri ilə özəl məktəblər arasında müəyyən bir natarazlıq və bazarda boşluq var”.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzv şirkətlərinin təmsilçiləri ilə keçirilən görüşdə deyib ki, əgər bu gün Azərbaycanda 1,3 milyona yaxın şagird təhsil alırsa, onun yalnız 10 mini özəl məktəblərdə oxuyur, bu da ümumi şagirdlərin 1 faizindən də az hissəsini təşkil edir: “Ölkədə özəl məktəblərin ixtiyarında olan resursla dövlət məktəblərinin ixtiyarında olan resurslarının müqayisəsində eyni vəziyyəti görmürük. Bu, təbiidir. Ancaq burada məqsəd kimisə günahlandırmaq deyil, məqsəd ondan ibarətdir ki, hansı resurslarla hansı nəticəni real şəkildə vermək iqtidarındayıq. Bu da təhsildə strategiyanı müəyyənləşdirmək üçün mühüm bir amildir. Keyfiyyətli təhsili təmin etmək üçün aidiyyəti strategiya hazırlanıb və tətbiq olunmaqdadır. Buna keçid və tətbiq üsullarından biri də növbəti tədris ilindən təmayülləşmənin daha geniş tətbiq edilməsi olacaq”.

Nazir əlavə edib ki, Azərbaycanda son illər ərzində 3 minə yaxın yeni məktəb tikilib və ya əsaslı təmir olunub. Onun sözlərinə görə, infrastruktur işləri xüsusilə Azərbaycanın bölgələrində davam etdiriləcək. M. Cabbarov ölkədə 4481 məktəbin fəaliyyət göstərdiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR