Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 13 Oktyabr - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 13 Oktyabr - <span style="color: red;">VİDEO
# 13 oktyabr 2015 17:23 (UTC +04:00)

Suriya məsələsi ən azı prezident seçkilərinə kimi ABŞ-ın daxili və xarici siyasəti üçün əyani vəsait olacaq. Prezidentliyə potensial namizədlərin açıqlamalarına, məşhur nəşrlərdə dərc olunan sensasion xəbərlərə həm də bu nöqteyi-nəzərdən baxmaq lazımdır. ABŞ siyasətinin aparıcı fiqurları buna qədər İran faktorundan qarşı tərəfə hücum vasitəsi kimi yararlanırdı, indi isə Suriya məsələsi İran faktorunu üstələyib. Əgər bir respublikaçı namizəd İranla anlaşmanın əleyhinə çıxış edirsə, yaxud bir qəzet ABŞ hökumətini İŞİD-i silahlandırmaqda suçlayırsa, bu, ABŞ xarici siyasətinin əsas prioritetlərinin dəyişdiyi, yaxud dəyişəcəyi anlamına gəlmir. Con Makkeynin açıqlamalarına, yaxud “The Washington Post”da ABŞ-ın Suriya strategiyasının iflasa uğradığı xəbərinə də bu prizmadan yanaşmaq lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR