Erik Rubin: “Dağlıq Qarabağ münaqişəsinin iştirakçıları sülhə sadiq olduqlarını təsdiqləməlidir”

Erik Rubin: “Dağlıq Qarabağ münaqişəsinin iştirakçıları sülhə sadiq olduqlarını təsdiqləməlidir”
# 16 iyul 2015 11:20 (UTC +04:00)

Bakı – APA. “Dağlıq Qarabağ münaqişəsi iştirakçılarının məsələnin sülh yolu ilə həllində tərəqqi əldə edilməsinə bağlılıqlarını təsdiqləmələri vacibdir”.

APA-nın “News.am” saytına istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibinin köməkçisinin müavini Erik Rubin Brukinqs İnstitutunda çıxışında deyib.

E. Rubin bildirib ki, münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur: “Biz bu məsələyə ədalətli, dinc, uzunmüddətli, qarşılıqlı faydalı qərarın əldə edilməsi mövqeyindən yanaşırıq. Məsələyə hamının məhz bu mövqedən yanaşması lazımdır, digər alternativlər isə o qədər dəhşətlidir ki, onları heç nəzərdən keçirməyə dəyməz”.

Amerikalı diplomat qeyd edib ki, nə qədər asan olmasa da, ABŞ tərəflərin sülhə bağlılıqlarını təsdiqləməsinə ümid edir: “Bu, sadə deyil: nizamlanmaya nail olmaq üçün tərəflərin bir sıra məsələlər üzrə çətin seçim etməsi lazım gələcək, elə ona görə də hələ razılıq əldə olunmayıb”.

E. Rubinin sözlərinə görə, ABŞ digər iki həmsədr – Rusiya və Fransa ilə birlikdə Dağlıq Qarabağ məsələsini həllinə hər cür dəstək verəcək: “Biz birmənalı şəkildə bəyan edirik ki, vəziyyəti gərginləşdirməmək üçün hər iki tərəf mümkün olan hər şeyi etməlidir. Hazırkı gərgin və təhlükəli durumda insidentlərdən qaçmaq kritik önəmə sahibdir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR