Qohumlarını qətlə yetirməkdə təqsirləndirilən qardaşlara hökm oxunub

Qohumlarını qətlə yetirməkdə təqsirləndirilən qardaşlara hökm oxunub
# 14 may 2015 10:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Nahid, Əziz və Cahid Qədəşov qardaşlarının məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Nahid və Əziz 19 il, Cahid Qədəşov isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Ülkər Eynulla qızı Abdullayeva qarının sol yan tərəfinin kəsilmiş deşilmiş daxilə nüfuz edən yarası ilə, 1962-ci il təvəllüdlü həyat yoldaşı Tərlan Rəhman oğlu Abdullayev oğlu qarnın sağ tərəfinin kəsilmiş deşilmiş daxilə nüfuz edən yarası ilə, 1987-ci il təvəllüdlü oğlu Rəhman Tərlan oğlu Abdullayev döş qəfəsinin arxa səthinin, boyunun kəsilmiş, deşilmiş daxilə nüfuz edən yarası ilə və Şağan qəsəbəsində Yeni yaşayış sahəsində yaşayan 1998-ci il təvəllüdlü Cahid Vahid oğlu Qədəşov epaqastral nahiyəsinin kəsilmiş deşilmiş daxilə nüfuz edən yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriblər.

Ü.Abdullayeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Qədəşov qardaşları tutulub. Araşdırmalar zamanı onların qohum olduqları və hadisənin münaqişə zəminində baş verdiyi məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR