Çempionlar Liqasının ilk yarımfinal oyununda “Bavariya” “Barselona”nı darmadağın edib

Çempionlar Liqasının ilk yarımfinal oyununda “Bavariya” “Barselona”nı darmadağın edib
# 23 aprel 2013 23:11 (UTC +04:00)

Bakı-APA. Çempionlar Liqasında (ÇL) ilk yarımfinal oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, mübarizəyə bu mərhələnin ən maraqlı cütlüyü olan “Bavariya” və “Barselona” başlayıb.

“Barsa” pley-offda yenə ilk matçını səfərdə keçirib. Bunadək İtaliyada “Milan”a 0:2 hesabı ilə uduzan, Fransada PSJ ilə 2:2 hesablı heç-heçə edən ispanlar Almaniyada

“Bavariya”ya 0:4 hesabı ilə uduzub. Kataloniya təmsilçisinin böyük hesabla məğlub olmasında Tomas Müller, Mario Qomes və Aryen Robben fərqlənib.

23 aprel

“Bavariya” (Almaniya) – “Barselona” (İspaniya) - 4:0

Qol: Müller, 25; 82, Qomes, 49, Robben, 73

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR