"Azərbaycan Dəmir Yolları" sentyabrın 21-dən növbəli iş rejiminə keçir

"Azərbaycan Dəmir Yolları" sentyabrın 21-dən növbəli iş rejiminə keçir
# 16 sentyabr 2015 11:50 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Qurban bayramı günlərində "Azərbaycan Dəmir Yolları" QSC gücləndirilmiş iş rejiminə keçəcək.

Bunu “APA-Economics”ə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

"Sentyabrın 21-dən etibarən ölkə ərazisində bayram günləri olduğu üçün, stansiyalarda və bəzi iş yerlərində növbəli iş rejiminə keçiləcək. Bayram günləri sərnişinlərin təhlükəsiz daşınması üçün "Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşları növbəli sistemlə işləyəcəklər", - deyə N. Əzməmmədov vurğulayıb.

Qurum rəsmisinin sözlərinə görə, sentyabrın 21-dən sərnişin sıxlığı nəzərə alınaraq xətlərə əlavə vaqonlar da buraxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR