Elmar Məmmədyarov: "Avropanın üzləşdiyi təhdidlərə cavab olaraq Azərbaycan öz səylərini AB ilə əlaqələndirməyə hazırdır"

Elmar Məmmədyarov: "Avropanın üzləşdiyi təhdidlərə cavab olaraq Azərbaycan öz səylərini AB ilə əlaqələndirməyə hazırdır"
# 22 iyul 2014 22:40 (UTC +04:00)

Azərbaycan XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov iyulun 22-də Brüsseldə keçirilən Avropa Birliyi Şərq Tərəfdaşılığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşündə çıxışı zamanı bildirib.

Nazir E.Məmmədyarov qeyd edib ki, Azərbaycanın sədrliyi bütün AB ölkələrini və Şərq Tərəfdaşlığı dövlətlərini bu əməkdaşlığı gücləndirmək məqsədilə təşkil olunacaq bir sıra tədbirləri fəal şəkildə dəstəkləməyə və konstruktiv formada onlara töhfə verməyə çağırır: “Hal-hazırda Avropanın üzləşdiyi təhdidlərin cavablandırılmasına gəlincə, bütün sədrlik müddətində Azərbaycan öz səylərini digər beynəlxalq təsisatlar, xüsusilə Avropa Birliyi ilə əlaqələndirməyə hazırdır”.

Nazir qeyd edib ki, 2014-cü ilin mayında Azərbaycanın sədrliyi qəbul etdiyi Vyana nazirlər iclasında Avropa Şurasının üzv dövlətlərinin nazirləri AB ilə əməkdaşlığa dair hesabatı nəzərdən keçirib və bu əməkdaşlığın inkişafına münasibətdə məmnunluqlarını ifadə ediblər: “Sizi əmin etmək istərdim ki, bizim sədrliyimiz dövründə bütün təmas sahələri üzrə əməkdaşlığın inkişafına çalışacağıq”.

E.Məmmədyarov bu xüsusda 2014-cü ilin noyabrında Bakıda Avropa Şurasının qonşuluq siyasəti üzrə yüksək səviyyəli nazirlər konfransının keçiriləcəyini iclas iştirakçılarının diqqətinə çatdırıb: “İki qitənin kəsişməsində yerləşən dövlət kimi Avropa və Asiya ölkələri ilə möhkəm tarixi əlaqələrə malik olan Azərbaycan daha təhlükəsiz və əmin-aman qonşuluğun təmin edilməsi istiqamətində Avropanın səylərini dəstəkləmək niyyətindədir. Konfrans gücləndirilmiş siyasi dialoq vasitəsilə qonşuluq siyasəti ilə əhatə olunmuş dövlətlərlə uzunmüddətli əlaqələri araşdırmaq üçün faydalı forum rolunu oynayacaq”.

XİN rəhbəri qeyd edib ki, Avropa Birliyi-Avropa Şurası əməkdaşlığı çərçivəsində Azərbaycanın sədrliyinin təşkil etmək niyyətində olduğu digər mühüm tədbir Avropa Şurası və Avropa Komissiyasının birgə fəaliyyəti olan Avropa irs günlərinin qeyd olunmasıdır: “Oktyabrın əvvəlində Bakıda keçirilməsi nəzərdə tutulan tədbir İrs gününün məqsədlərinə əlavə təkan verəcək və mədəni irsin qorunmasına olan ehtiyac və onun əhəmiyyəti barəsində məlumatlandırmanı daha da artıracaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR