Vəkillər Fuad Qəhrəmanlının cinayət işi ilə tanış olublar

Vəkillər Fuad Qəhrəmanlının cinayət işi ilə tanış olublar
# 29 iyun 2016 10:21 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barəsində olan cinayət işi tanışlıq mərhələsi başa çatıb.

F. Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyevin APA-ya verdiyi məlumata görə, vəkillər cinayət işinin materialları ilə tanış olublar: “Biz cinayət işinə xitam verilməsi barədə vəsatət verdik. Lakin istintaq orqanı vəsatəti təmin etmədi. Yaxın günlərdə cinayət işi məhkəməyə göndəriləcək”.

Qeyd edək ki, F. Qəhrəmanlı ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR