Tiflis Heydər Əliyev adına Dövlət Azərbaycan Dram Teatrında Molyerin "Jorj Danden və ya aldanmış ər" adlı tamaşası oynanılıb - FOTOSESSİYA

Tiflis Heydər Əliyev adına Dövlət Azərbaycan Dram Teatrında Molyerin "Jorj Danden və ya aldanmış ər" adlı tamaşası oynanılıb - <span style="color: red;">FOTOSESSİYA
# 23 dekabr 2014 19:56 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtında fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Dövlət Dram Teatrın aktyor kollektivi tərəfindən Fransız dramaturqu, aktyor və teatr xadimi Jan Batist Molyerin "Jorj Danden və ya aldanmış ər" adlı tamaşası oynanılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, yeni əsərin quruluşunu teatra yeni bədii rəhbər təyin olunan Zurab Sixarulidze verib. Rejissorun sözlərinə görə, bu əsər onun teatrda quruluş verdiyi ilk əsərdir və cəmiyyətdə olan problemlərə və onların həllinə həsr edilib.

Tamaşada rolları teatrın gənc aktyorları Aslan Məmmədov, Şeyla Cəfərova, Leyla Qasımova, Vüqar Maşov, Fazil Bayramov, türk aktyoru Qəmzə Tanrıvermiş oynayıblar. Əsər dəfələrlə tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tamaşanın sonunda teatrın bədii rəhbəri Z.Sixarulidze tamaşaçılara müraciət edərək onları hər dəfə hazırladıqları tamaşalara baxmağa dəvət edib.

Əsərə baxışda azərbaycanlı, gürcü və türk tamaşaçıları, eyni zamanda ziyalılar və gənclər iştirak edib.

Tamaşada rolda oynayan türk aktyoru Qəmzə Tanrıvermiş APA-ya açıqlamasında tamaşanın onun üçün çox maraqlı olduğunu və ilk dəfə olaraq Azərbaycan dilində tamaşada oynadığını bildirib: "İlk dəfədir ki, Azərbaycan dilində tamaşada oynayıram və ilk dəfə oynadığım üçün mənə çətin gəldi, lakin dilimiz eyni olduğu üçün mən çətinlik hiss etmədim. Mən bu gün çox xoşbəxtəm ki, teatrda aktyor kimi bir rolda oynadım. Mən İstanbul Dövlət Teatrında çalışırdım və indi Tiflisdə doktorluq işi üzərində çalışıram, eyni zamanda Heydər Əliyev adına Azərbaycan Dövlət Dram Teatrında təcrübəmi zənginləşdirirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR