Benilüks Azərbaycanlıları Konqresi Belçika Krallığının Milli Günü ilə əlaqədar Kral II Alberti təbrik edib

Benilüks Azərbaycanlıları Konqresi Belçika Krallığının Milli Günü ilə əlaqədar Kral II Alberti təbrik edib
# 25 iyul 2012 23:44 (UTC +04:00)
Bakı-APA. Benilüks Azərbaycanlıları Konqresi (BAK) Belçika Krallığının Milli Günü ilə əlaqədar Kral II Albertə təbrik məktubu ünvanlayıb. Konqresin mətbuat xidmətinin APA-ya verilən xəbərə görə, BAK əlamətdar bayram münasibəti ilə Kral ailəsini və Belçika xalqını təbrik edib. BAK-ın sədri S.Qasımovun imzası ilə Krala ünvanlanmış məktubda deyilir: “Zati-aliləri! Uzun illərdir ki, Belçika və Azərbaycan xalqları arasında dostluq və qardaşlıq münasibətləri mövcuddur. Belçika Krallığı və Azərbaycan siyasi arenada bir-birini dəstəkləyir. Ölkələrimiz istər siyasi, istərsə də iqtisadi sahələrdə ciddi tərəfdaşdırlar. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Belçika Krallığına rəsmi səfəri ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığın inkişafına yeni təkan verib. Belçikada yaşayan azərbaycanlılar bu ölkəyə uğurla inteqrasiya edir, digər xalqların nümayəndələri ilə birlikdə krallığın daha da çiçəklənməsi naminə çiyin-çiyinə fəaliyyət göstərirlər. Zati-aliləri! Bu əlamətdar gündə Sizə və dost Belçika xalqına uzun ömür, cansağlığı və əmin-amanlıq arzu edirəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR