Azərbaycan Ümumdünya Poçt İttifaqının Dohada keçirilən konqresində iştirak edir
25 sentyabr 2012 09:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dohada (Qətər) Ümumdünya Poçt İttifaqının (ÜPİ) 25-ci Konqresi işə başlayıb.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, oktyabrın 15-dək davam edəcək tədbirdə 192 üzv ölkə iştirak edir. Azərbaycanı Konqresdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri təmsil edir.
«Dörd ildən bir keçirilən tədbirdə növbəti dövr üçün strategiya (Doha Poçt Strategiyası) qəbul olunacaq, dünya ölkələrinin təqdim etdikləri təkliflər ətrafında müzakirələr aparılacaq. Azərbaycan poçt administrasiyası tərəfindən də təkliflər paketi müzakirə üçün təqdim edilib. Bu təkliflər ümumiyyətlə poçt sahəsinin işinin təkmilləşdirilməsi və tənzimlənməsi, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəlib», - deyə Nazirlikdən bildirilib.
Doha Konqresində həmçinin ÜPİ-nin Beynəlxalq Bürosuna yeni baş direktor və müavinlər seçiləcək, İttifaqın ali orqanları – Administrativ Şura və Poçt Əməliyyatları Şurasına seçkilər keçiriləcək. Azərbaycan Administrativ Şuraya ardıcıl olaraq 2 dəfə üzv seçildiyindən növbəti dövr üçün mövcud qaydalara uyğun olaraq namizədliyini irəli sürməyib, lakin Poçt Əməliyyatları Şurasına üzvlüyə namizəddir.
Müzakirələr nəticəsində Konqresin sonunda ÜPİ-nin yekun aktları qəbul olunacaq.

İnfrastruktur
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
13:48
18 may 2024
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024