Rafiq Tağının ailəsi Azərbaycan prezidentinə müraciət edib

Rafiq Tağının ailəsi Azərbaycan prezidentinə müraciət edib
# 20 fevral 2012 12:03 (UTC +04:00)
Yazıçının qardaşı İlqar Tağıyevin APA-ya verdiyi xəbərə görə, müraciətdə istintaqın qeyri-obyektiv aparıldığı qeyd olunub: “Biz Rafiq Tağının ailəsi olaraq qatilin indiyə kimi tapılmamağından narahatıq. İstintaq orqanı işi obyektiv araşdırmır, bizim verdiyimiz vəsatətlərin heç biri qəbul olunmur. Sizdən xahiş edirik ki, cinayət işinin ətraflı araşdırılması üçün göstəriş verəsiniz”.

İ. Tağıyev müraciətin sürətinin Milli Təhlükəsizlik, Daxili İşlər nazirliklərinə və Respublika Baş Prokurorluğuna da göndərildiyini qeyd edib.

Qeyd edək ki, Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb, noyabrın 23-də müalicə olunduğu Klinik Tibbi Mərkəzdə vəfat edib.

Bununla bağlı başlanan cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR