Azərbaycanın Bərdə şəhərinin 3000 ildən artıq yaşının olduğunu təsdiqləyən faktlar aşkarlanıb
27 iyun 2012 09:20 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Arif Məmmədov bildirib. Onun sözlərinə görə, yeni tapıntılar şəhərin əsasən sənətkar məhəllələrindən, ibadət yerindən tapılan şəhər mədəniyyətini əıks etdirən maddi-mədəniyyət qalıqlarından ibarətdir: “Tapılan əşyaların içində möhürlər, qəliblər də var. Qədim Bərdəni çörəklə təmin edən kürəxana ərazisindən 60-a yaxın dən daşı və 110 tona qədər də torpaq altda qalıb qaralmış buğda qalıqları tapılıb. Bərdədə axtarışlara bu ayın 15-dən başlanılıb. Bərdədə aparılan arxeoloji axtarışlar şəhər mədəniyyətinin yaşının daha çox olacağını deməyə əsas verir. Şübhə yoxdur ki, arxeoloji axtarışlar Bərdənin daha qədim yaşınının üzə şıxarılmasına imkan verəcək”.
Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024