Azərbaycan prezidenti Fələstin dövlətinin prezidentinə başsağlığı verib

Azərbaycan prezidenti Fələstin dövlətinin prezidentinə başsağlığı verib
# 17 fevral 2012 13:38 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Fələstin dövlətinin prezidenti Mahmud Abbasa başsağlığı verib. APA-nın məlumatlına görə, başsağlığında deyilir: “Ölkənizdə baş vermiş ağır avtomobil qəzası nəticəsində məktəblilərin həlak olması xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Fələstin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

Qeyd edək ki, fevralın 16-da İordan çayının qərb sahilində məktəb avtobusunun yük maşını ilə toqquşması nəticəsində 9-u uşaq olmaqla 10 nəfər ölüb, xeyli məktəbli isə yaralanıb. Faciə ilə əlaqədar Fələstində üç günlük matəm elan edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR