Azərbaycan şirkəti Gürcüstan paytaxtında yeni şəhərcik tikir - FOTOSESSİYA

Azərbaycan şirkəti Gürcüstan paytaxtında yeni şəhərcik tikir - <font color=red>FOTOSESSİYA</font>
# 24 sentyabr 2012 14:32 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtında yeni şəhərcik salınır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, yeni layihənin açılışında Tiflis meri Qiqi Uqulava, “AS GROUP” (Azərbaycan) şirkətinin prezidenti Şahin Mövsümov və digər rəsmilər iştirak edib.

Qonaqlar 22 yaşayış binasından ibarət olacaq əhərciyin ərazisinə baxış keçiriblər. Sonra layihənin tikilişini həyata keçirəcək “AS Group” şirkətinin yeni ofisinin açılışı olub. Qiqi Uqulava və Şahin Mövsümov yeni salınacaq şəhərciyin maketi ilə tanış olublar. Tədbirdə layihədən bəhs edən film də nümayiş olunub.

Tiflis meri Qiqi Uqulava jurnalistlərə açıqlamasında bu layihənin öncə Gürcüstan və Azərbaycan arasında dostluq rəmzi olduğunu bildirib: “Bu layihədə 2 min nəfərdən çox işçi çalışacaq. Biz dostluğa və tərəfdaşlığa həmişə hazırıq. Hər iki ölkə arasında, eyni zamanda Tiflis və Bakı arasında tarixi dostluq var. Biz çox şadıq ki, bu tarixi layihənin tikintisində iştirak edirik. Dostluğumuz getdikcə inkişaf edir və Azərbaycan şirkətləri Gürcüstanda ən çox vergiödəyici şirkətlərə çevrilirlər”.

“AS Group”un prezidenti Şahin Mövsümov isə layihənin 40 min kv. metrdən çox sahəni əhatə edəcəyini və sosial bir layihə olduğunu deyib: “Bu, Gürcüstanda ən böyük tikinti layihəsidir. Biz 527 min kv. metrdən çox yaşayış binası tikəcəyik. Şirkətimiz alıcılara mətbəx mebeli də daxil olmaqla bütün standartlara cavab verən tikintisi tam başa çatmış yaşayış mənzilləri verəcək. Bu şəhərcikdə 1200 şagirdlik iki məktəb, müasir uşaq bağçası və bütün standartlara uyğun klinika istifadəyə veriləcək. Ən vacibi odur ki, layihədə biz Tiflisin Ortaçala deyilən məhəlləsində məskunlaşan azərbaycanlıları 1200 iş yeri ilə təmin edəcəyik.
Ümumiyyətlə, şəhərcikdə 20 min nəfər məskunlaşacaq. Bu, Gürcüstanda və Azərbaycanda bir rayonun əhalisi deməkdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR