Azərbaycan prezidenti Monteneqronun baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti Monteneqronun baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
# 16 iyul 2012 15:43 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Monteneqronun baş naziri İqor Lukşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla Monteneqro arasında ikitərəfli əlaqələrin son illər sürətlə inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev Krans Montana Forumunda iştirak edən Monteneqro prezidenti Filip Vuyanoviçlə görüşünün və əməkdaşlığımızla bağlı aparılan müzakirələrin önəmini qeyd edib. Dövlət başçısı Monteneqronun baş naziri İqor Lukşiçin ölkəmizə səfərinin əlaqələrimizin daha da genişlənməsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirib.
Monteneqronun baş naziri İqor Lukşiç prezident İlham Əliyevlə Çikaqoda görüşünü məmnunluqla xatırlayıb. Ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayan Monteneqronun baş naziri bu əlaqələri iqtisadi sahədə də genişləndirmək üçün mövcud imkanlardan danışıb.
Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR