Suriyanın Aəzaz şəhərinə aviahücum nəticəsində 31 nəfər həlak olub

Suriyanın Aəzaz şəhərinə aviahücum nəticəsində 31 nəfər həlak olub
# 16 avqust 2012 04:59 (UTC +04:00)
Bakı-APA. Suriya aviasiyasının müxalifətin nəzarətində olan Aəzaz şəhərinə hücumu nəticəsində 31 nəfər həlak olub, daha 200 nəfər isə yaralanıb. Bu barədə APA Al-Arabya telekanalına istinadən məlumat verir. Ölən və yaralananlar arasında qadınlar və uşaqlar var.

Hücum nəticəsində 10 evin tamamilə məhv edildiyi bildirilir.

Suriyada qarşıdurma 2011-ci ilin martından davam edir. İndiyədək toqquşmada 17 minədək insan qətlə yetirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR