Azərbaycanda əhalinin şikayətləri əsasında nazirliyin 30 əməkdaşı işdən çıxarılıb

Azərbaycanda əhalinin şikayətləri əsasında nazirliyin 30 əməkdaşı işdən çıxarılıb
# 17 fevral 2012 10:16 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, bu barədə jurnalistlərə nazirliyin aparat rəhbərinin müavini Elnur Kələntərli bildirib.

Onun sözlərinə görə, belə şikayətlərlə bağlı töhmət verilən əməkdaşlar da olub: “Nazirlik hər bir şikayəti yerində araşdırır. Araşdırma zamanı bir çox şikayətlərin əsassız olduğu müəyyən edilir. Amma əsaslı şikayətlər də olur. Bəzən üzə çıxır ki, həqiqətən yerlərdə hansısa məmurlarımız tərəfindən vətəndaşların hüquqları pozulub”.

E.Kələntərli deyib ki, bundan sonra da əhalinin şikayətlərinin yerində araşdırılması davam etdiriləcək: “Gələn həftə Tovuz rayonunda vətəndaşların qəbulu keçiriləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR