Argentina mətbuatı: Buones-Ayresin Azərbaycanla əlaqələri genişləndirməsi ermənilərdə narahatlıq doğurur

Argentina mətbuatı: Buones-Ayresin Azərbaycanla əlaqələri genişləndirməsi ermənilərdə narahatlıq doğurur
# 17 iyul 2012 09:28 (UTC +04:00)
APA-nın məlumatına görə, məqalədə bildirilir ki, Argentinanın xarici işlər naziri bu il 3 dəfə Azərbaycan prezidenti ilə görüşüb, Ermənistana isə belə münasibət göstərilməyib.

“Dünyada ən böyük beş erməni icmalarından olan Argentina erməni icması bu gün özündə nifrət, heyrət və qorxunu birləşdirən hissələr yaşayır. Bu, Casa Rosadanın (Argentina Prezident Administrasiyasının adı belədir) Azərbaycanla qurmağa başladığı sıx əlaqələrdən irəli gəlir.

Argentina hökumətinin arqumenti yeni bazarlar açmaq niyyətindən irəli gəlir, lakin söhbət ondan gedir ki, bu günlərdə ticarət katibi Guillermo Moreno və xarici işlər naziri Hektor Timermanın rəhbərliyi ilə böyük biznes nümayəndə heyətini qəbul etmiş Qafqazın bu neft ölkəsi texniki cəhətdən Ermənistanla müharibədədir. 1994-cü ildə əldə olunmuş atəşkəs SSRİ-nin keçmiş üzvləri olmuş bu iki ölkə arasında Dağlıq Qarabağ anklavının suverenliyi ilə bağlı müharibəni təxirə salıb”.

Ermənistanın səfiri Vahang Melikyan “Clarin” məcmuəsinə bildirib ki, Argentina xarici işlər naziri son dörd ay ərzində Nyu-York və Bakıda Azərbaycan prezidenti (İlham Əliyev) ilə üç dəfə görüşüb, lakin Ermənistana münasibətdə isə belə bir qarşılıqlıq göstərilməyib: “Mənim ölkəm Azərbaycandan sadəcə bir saatlıq məsafədə yerləşir”.

Diplomat vurğulayır ki, onun hökuməti Argentinanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycan rejiminin tərəfini saxladığına inanmır: “Mən Argentina mənbələrində bunu göstərən heç nə tapmamışam”. Lakin, dərhal qeyd edir ki, Azərbaycan bu yaxınlarda İsraildən 1,5 milyard ABŞ dolları dəyərində silah alıb və elan edib ki, bu silahları Dağlıq Qarabağ və Ermənistana qarşı istifadə edəcək. “Bu cür silahların ötürülməsi və təhdidlərin kəsişməsi müharibənin bərpasının mümkünlüyünü aktuallaşdırıb”.

Məqalədə qeyd olunur ki, Ermənistanın Argentinadakı səfirliyi Azərbaycan xarici işlər nazirinin Buenos-Ayresə səfərinin gözlənildiyini ehtimal edir, lakin Argentina hökuməti bütün erməniləri daha da əsəbiləşdirəcək bu məlumatı təsdiq etmir.

“Erməni diasporunun rəhbərliyindən olan bir mənbə “Clarin”ə söyləyib ki, Argentinanın etdiyi “bir müddət öncə Latın Amerikasında addımlamağa başlayan və artıq özünə mükəmməl bir tərəfdaş (Argentinanın qismində olan tərəfdaşdan söhbət gedir) tapmağa bənzəyən Azərbaycanı aydın şəkildə gücləndirir”. Mənbə əlavə edib ki, “bizə bütün dünyadan zəng vururlar, çünki Argentinanın bu siyasəti məntiqə sığmır. Söhbət bütün forumlarda bizim vətənimizə hücum edəcəyini bəyan edən ölkədən getdiyi bir halda ermənilər necə narahat olmaya bilərlər”.

Müəllif vurğulayır ki, Argentina xarici işlər nazirinin Ermənistana son səfəri 2010-cu ilin may ayında olub. Sonra iki dəfə aşağı səviyyəli səfərlər olub ki, bu səfərlər də ötən ilin sentyabrında xarici işlər nazirinin müavini və Kənd Təsərrüfatı Nazirliyinin bir rəsmisinin səfərləridir”.

Məqalənin tam mətni ilə http://www.clarin.com/politica/Preocupacion-armenios-vinculos-Azerbaijan_0_737326348.html linkində tanış olmaq olar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR