İranda parlament seçkilərinin ilkin nəticələri açıqlanıb, hakim mühafizəkarlar düşərgəsi qələbə qazanıb

İranda parlament seçkilərinin ilkin nəticələri açıqlanıb, hakim mühafizəkarlar düşərgəsi qələbə qazanıb
# 03 mart 2012 09:34 (UTC +04:00)
APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, seçkidə xalqın iştirakı 70%-ə yaxın olub. Ölkənin paytaxtı Tehranda isə bu göstərici 45% qeydə alınıb.

Artıq İran parlamentinə seçilmiş namizədlərin təxminən 20 faizinin, yəni 60 nəfərinin adı məlum olub. Bəzi deputatlar təkrar etimad qazanıblar. Onlardan bir neçəsi iki şəhəri təmsil edir. İlkin nəticələr seçkilərdə hakim mühafizəkarlar düşərgəsinin qələbə qazandığını göstərir. Seçkilərin tam nəticələri seçki günündən 48-72 saat sonra açıqlanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR