Bakıda daha bir yeni yeraltı avtomobil dayanacağı tikilir

Bakıda daha bir yeni yeraltı avtomobil dayanacağı tikilir
# 12 mart 2012 08:49 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib.

Onun sözlərinə görə, bu ərazidə ümumilikdə 2000-ə yaxın mənzil və qeyri-yaşayış sahələri olub ki, onların da 95%-i köçürülüb: “Söküntü işləri gələn ayın sonuna qədər başa çatdırılacaq. Yenidənqurma işləri aparılan ərazidə kommunikasiya xətləri də dəyişdirilib”.

H.Abutalıbov qeyd edib ki, ərazidə 4500 avtomobil tutumlu ikimərtəbəli yeraltı dayanacaq tikilir: “Onun üzərində isə yaşıl park salınacaq. Bu işlər 2013-cü ilin sonuna qədər yekunlaşmalıdır. Bununla da bu ərazidə olan yol kənarlarında və səkilərdə maşınların dayanması, tıxac problemi həll olunacaq. Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Bakıda yol kənarlarında və səkilərdə maşınların dayanması qadağan olunacaq”.

Azadlıq meydanında 2500 avtomobil tutumlu ikimərtəbəli yeraltı dayanacağın tikildiyini xatırladan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı bununla da paytaxtın mərkəzində 7000-ə qədər avtomobilin dayanması üçün şərait yaradılacağını söyləyib: “Eyni zamanda Azərbaycan prospektində, Fəvvarələr meydanı ərazisində tutumu 250 avtomobil olan yeraltı və yerüstü avtomobil dayanacağı tikilir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR