Bakıda MDB gömrük xidmətlərinin kinoloji strukturlarının yarışı keçirilib
11 sentyabr 2012 12:18 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Bakıda Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzində MDB iştirakçısı olan dövlətlərin gömrük xidmətlərinin kinoloji strukturlarının çoxnövçülükdə birincilik üzrə yarışı keçirilib.
“APA-Economics”in xəbərinə görə, yarışda Azərbaycan da daxil olmaqla 6 ölkənin, o cümlədən Belarus, Qırğız, Moldova, Rusiya və Ukrayna gömrük xidmətlərinin kinoloji strukturlarının təlimçi kinoloqları qatılıb.
Qaydalara görə, yarışda xidməti itlər əl yüklərinin axtarışı, yük və minik maşınlarının axtarışı, eləcə də itlərin ümumi idarəetmə üzrə yarışı keçiriləcək. Tədbirin açılışında iştirak edən DGK sədri Aydın Əliyev gömrük orqanlarının kinoloji xidmətinin son illər ciddi uğurlar əldə etdiyini bildirib. Onun sözlərinə görə, kinoloji xidmət qaçaqmalçılığın, eləcə də qadağan edilmiş malların aşkarlanmasında mühüm rol oynayır: “Bir qədər əvvəl Azərbaycan kinoloqları tərəfindən Makedoniyanın gömrük xidmətinə verilmiş xüsusi təlim keçmiş it isə 16 kiloqram heroni aşkarlayaraq onun qanunsuz dövriyyəsinin qarşısının alınmasına kömək edib”.

İnfrastruktur
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
13:48
18 may 2024
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024