Azərbaycan enerji istehsalını 15% artırıb

Azərbaycan enerji istehsalını 15% artırıb
# 08 oktyabr 2012 14:10 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Sentyabr ayında Azərbaycanın enerji sistemində 1,5 mlrd. KVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib. Keçən ilin sentyabrına nisbətən ötən ay enerji istehsalı 15,4% artıb.

İstehsal edilən enerjinin 1,4 mlrd. kVt/saatdan çoxu istilik elektrik stansiyaları (İES), 0,1 mlrd. kVt/saata yaxını isə su elektrik stansiyalarının (SES) payına düşüb.

Ötən ay Rusiya, Türkiyə, Gürcüstan və İran ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Ümumilikdə, 2011-ci ilin ilk 9 ayı ərzində enerji sistemində 16 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib, bu isə 2011-ci ilin eyni dövrünə nisbətən 1,5 mlrd. kVt/saat və ya 10,3% artıqdır. İstehsal olunan enerjinin 14,4 mlrd. kVt/saata yaxını İES-lərin, 1,6 mlrd. kVt/saatdan çoxu isə SES-lərin payına düşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR