Erik Rubin: “Azərbaycan Əfqanıstanda sülhyaratma əməliyyatlarında mühüm rol oynayır”

Erik Rubin: “Azərbaycan Əfqanıstanda sülhyaratma əməliyyatlarında mühüm rol oynayır”
# 15 oktyabr 2012 11:34 (UTC +04:00)
APA-nın məlumatına görə, Erik Rubin Bakıda keçirdiyi rəsmi görüşlərdə iki ölkə arasında əməkdaşlığa dair məsələlərin geniş spektrinin, o cümlədən iqtisadi əlaqələrin möhkəmləndirilməsi, ABŞ-ın Azərbaycana investisiya yatırmaq imkanlarının genişləndirilməsi mövzularının müzakirə olunduğunu deyib. ABŞ-Azərbaycan münasibətlərinin genişləndiyini vurğulayan Erik Rubin ölkəmizin Əfqanıstanda sülhyaratma əməliyyatlarında mühüm rol oynadığını qeyd edib. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğunu xatırladan Erik Rubin görüşlərdə beynəlxalq xarakterli məsələlərin də müzakirə edildiyini deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR