Somali prezidentinə qarşı sui-qəsd törədilib

Somali prezidentinə qarşı sui-qəsd törədilib
# 12 sentyabr 2012 21:46 (UTC +04:00)
Bakı-APA. Somalinin yeni seçilmiş prezidenti Həsən Şeyx Mahmuda qarşı sui-qəsd həyata keçirilib. APA-nın CNNTürk-ə istinadən verdiyi məlumata görə, terror aktını prezidentin qaldığı “Əl-Cəzirə” otelinə daxil olan terrorçu-kamikadze törədib. Rəsmilər hadisənin nəticələri barədə məlumat vermirlər. Şahidlərin məlumatına görə isə partlayış nəticəsində çoxlu yaralılar var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR